Parisin şərqində mağazada keçirilmiş xüsusi əməliyyatda 15 girov azad edilib.
Teleqraf.com-un RİA Novosti agentliyinə istinadən məlumatına görə, bu barədə Fransa prezidenti Fransua Olland İsrailin Baş naziri Benyamin Netanyahu ilə telefon danışığı zamanı bildirib.
Bundan əvvəl, Fransa prezidenti əməliyyatda dörd nəfərin ölümünü təsdiqləmişdi.
Qeyd edək ki, Parisin şərqində Səid və Şərif Kuaşi qardaşlarının buraxılması tələbi ilə mağazada girovları götürən Ahmedi Kulibali məhv edilib.