Rusiyanın paytaxtı Moskvanın “Moskva Siti” biznes mərkəzinə dron hücumu olub.
Teleqraf.com TASS-a istinadla xəbər verir ki, paytaxtın meri Sergey Sobyanin bu məlumatı təsdiqləyib.
“Bir neçə dron Moskvaya uçmaq istəyərkən hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub. Biri keçən dəfə olduğu kimi Sitinin eyni qülləsinə çatıb. 17-ci mərtəbə səviyyəsindəki fasad zədələnib”, - o bildirib.
Qeyd edək ki, iyulun 30-da "Moskva Siti"yə dron hücumu olmuşdu.