“Vaqner” qruplaşmasının lideri Yevgeni Priqojin iyun baş vermiş qiyamdan sonra ictimaiyyətə görünmür və Ukraynadakı durumu şərh etmir.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun (ISW) təhlilində deyilir.
Priqojin daha çox “Vaqner”in Afrika ölkələrindəki fəaliyyətlərinə diqqət ayırır və sosial şəbəkə üzərindən açıqlamalar verir. “Vaqner” lideri son olaraq qruplaşmasının Qanadakı fəaliyyəti və Nigerdəki hakimiyyət çevrilişini şərh edib. Bununla yanaşı, Rusiya-Ukrayna müharibəsində mühüm rol oynamış qruplaşmanın rəhbəri Ukrayna ilə bağlı açıqlama verməkdən çəkinir.
“Priqojin məhdud ictimai çıxışlarında Ukraynadakı durumu, “Vaqner”in Rusiya və Belarusdakı fəaliyyəti ilə bağlı xəbərləri şərh etməkdənsə, diqqətini Afrikadakı maraqlarını dəstəkləməyə yönəldir. Bu, onun Ukrayna ilə müharibədə hətta ritorik olaraq da iştirakına məhdudiyyətlər qoyulduğunu göstərə bilər”, - ISW bildirib.