“Liviyanın devrilmiş lideri Müəmmər Qəddafinin qətlinə biganə qalmaq çox ciddi səhv idi”.
Teleqraf.com xəbər verir ki, bu etirafı İtaliyanın xarici işlər naziri Antonio Tajani edib.
Tajani Qəddafinin qətli ilə bağlı açıqlamalar verib.
“Qərbin Qəddafinin öldürülməsinə laqeyd yanaşması çox ciddi səhv idi. Qəddafi demokratiyanın ən yaxşı nümunələrindən biri deyildi, lakin onun öldürülməsindən sonra Liviya və Afrikada qeyri-sabitlik başladı”, - deyə Antonio Tajani qeyd edib.
Xatırladaq ki, Qəddafi 2011-ci il oktyabrın 20-də doğulduğu Sirtdə müxalif silahlı qruplar tərəfindən öldürülüb.