2 Sentyabr 2023 16:37
1 976
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Uzanan Rusiya-Ukrayna müharibəsi və bunun ətrafında dəyişən dünya düzəni Cənubi Qafqazın önəmini artırır”.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin “Star” qəzetinin yazarı Toğrul Camaş deyib.

Onun sözlərinə görə, bu savaş fonunda Tayvan adasında baş verəcək yeni qarşıdurma və ya mühasirə zonası Çin iqtisadiyyatına mənfi təsir göstərəcək:

“Bu mənada Qazaxıstan Qərbə gedən yollardan biri olaraq Çin üçün daha çox önəm kəsb edərkən, Qara və Aralıq dənizlərinin limanlarına çıxışın əhəmiyyəti artacaq. Rusiya-İran əməkdaşlığı və Moskvanın Cənuba çıxmaq üçün dəmir yolu layihələri hazırladığı Qafqaz yeni prosesin ən mühüm coğrafiyası olacaq. Azərbaycan-Ermənistan müharibəsinin yenidən alovlanma ehtimalı bir kənara qoyulsa, Qafqaz Asiya-Avropa ticarətinin yeni kəsişmə nöqtəsi olacaq. Orta Asiya ölkələri bu mənada Türkiyə-Azərbaycan-Gürcüstan xəttində öz yerini tutmalıdır.

Digər tərəfdən, Qafqazdakı Ermənistan-İran əməkdaşlığı bu dəhlizin bağlanmasına, Türkiyə-Azərbaycan ittifaqı isə yol açmağa çalışacaq. Bu durumda Uzaq Şərqin qaynar münaqişə zonası olması Orta Asiya üçün yeni mənfi çalar olacaq. Bu neqativliyə baxmayaraq, Pakistan üzərindən Hind okeanına alternativ daşımalara diqqət yetirilməlidir. Bu məqamda Əfqanıstanın cənuba gedən marşrutda olması və Pakistanın dənizə açılması alternativ genişlənmə kimi qiymətləndirilməlidir.

Son zamanlarda Qafqazda Türkiyə-Azərbaycan müttəfiqliyinə qarşı Hindistan-Ermənistan əməkdaşlığının artması, Dehlinin bölgədə strateji işbirliyi qurmaq istəyi yeni problem kimi nəzərdən keçirilməlidir. Yenə Hindistanın Yunanıstanla hərbi sahədə strateji əməkdaşlıq müqaviləsi imzalaması, həm Şərqdən, həm də Qərbdən Türkiyəyə qarşı düşmən mövqe sərgiləyən Yunanıstan və Ermənistanla yaxın münasibətləri ona bölgədə Qərb bloku tərəfindən bir rolun verilib-verilmədiyi sualını gündəmə gətirməlidir.

Hindistanın son gəlişmələr fonunda Egey dənizi, Qafqaz və Mərkəzi Asiyadakı rolu Qərb blokunun Qərbi Asiyada formalaşdırdığı mühasirə dairəsini dəstəkləyir”.

Jurnalist Rusiya-Ukrayna müharibəsi qlobal mübarizənin qaynar münaqişəyə çevrildiyi region kimi bütün Şərqi Avropa ilə yanaşı, Uzaq Şərq, Orta Asiya və Cənubi Qafqaza da təsir etdiyini söyləyib. Toğrul Camaş bu bölgələrdəki qarşıdurmaların yeni konyuktura formalaşdırdığını bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər