Ukrayna Hərbi Dəniz Qüvvələri Qara dənizin şimal-qərb hissəsində “Bayraktar TB2” Rusiya katerini məhv edib: 6 hərbçi zərərsizləşdirilib, 2-si yaralanıb.
Teleqraf.com xəbər verir ki, bu barədə USQ-nin Hərbi Dəniz Qüvvələri teleqramda məlumat yayıb.
“Qara dənizin şimal-qərb hissəsində Ukrayna SQ-nin Hərbi Dəniz Qüvvələrinə məxsus hərbi-dəniz aviasiyasının səyi ilə düşmən şəxsi heyətini quruya keçmək cəhdi zamanı KS-701 “Tunets” tipli düşmən kateri məhv edilib.
6 işğalçı zərərsizləşdirilib və 2-si yaralanıb”, - Hərbi Dəniz Qüvvələri açıqlayıb.
Əməliyyatın görüntüləri paylaşılsa da, hadisənin dəqiq tarixi bildirilməyib.
Ukraynalı hərbi ekspert və jurnalist Yuri Butusovun sözlərinə görə, əməliyyatda istifadə olunan PUA “Bayraktar TB2” olub.