Mərakeşdə güclü zəlzələ nəticəsində yüzlərlə insanın ölməsi ilə əlaqədar 3 günlük matəm elan olunub.
Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin Kral Sarayı məlumat yayıb.
Bildirilib ki, matəm günlərində Afrika ölkəsindəki bayraqlar yarıya endiriləcək.
Ölkədə zəlzələ nəticəsində ölənlərin sayı 1 037-yə çatıb. Yaralıların sayı isə 1 204 nəfərdir.