13 Sentyabr 2023 09:50
1 364
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya ordusu Novomixaylivka və Novodarivkada xeyli itki verib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Ukrayna qüvvələri Melitopol və Baxmut istiqamətində hücum əməliyyatlarını davam etdirir, işğal olunmuş əraziləri addım-addım geri qaytarır, ələ keçirilmiş mövqelərdə möhkəmlənir.

Baş Qərargahın məlumatına görə, ruslar Kupyan, Liman, Orixovo-Vasilivka xəttində və Baxmut istiqamətlərində Ukrayna ordusunun müdafiəsini yarmaq cəhdlərini dayandırmır.

Öz növbəsində, Ukrayna qoşunlarının Klişçivkada əks-hücum əməliyyatı uğurlu alınıb, canlı qüvvə və texnikalarını itirən ruslar geri çəkiliblər.

Rusiya qüvvələrinin ukraynalıları Avdiv və Marin yaxınlığından çıxarmaq cəhdləri uğursuz bitib, 20-dən çox hücumun qarşısı alınıb. Eyni zamanda, Ukrayna ordusu Avdiv, Marin və Şaxtyor istiqamətlərində təşəbbüsü ələ keçirməkdə davam edir. Bu istiqamətlərdə təzyiq altında olan rus ordusu tədricən geri çəkilir. Ukrayna qüvvələrinin bu istiqamətlərdə torpaqların bir qismini azad etdiyi bildirilir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər