24 Sentyabr 2023 00:44
589
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ-ın Nyu York şəhərində BMT-nin baş katibi Antoniu Quterreşlə görüşüb.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi "X" sosial şəbəkəsində paylaşım edib.

Görüşdə Ukraynada baş verən son hadisələr, Qara Dəniz Taxıl Təşəbbüsü və Kipr məsələsi müzakirə olunub.

Qeyd edək ki, Hakan Fidan Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyasının 78-ci sessiyasında iştirak edir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər