İsrail Müdafiə Qüvvələri (SAXAL) Qəzza zolağında HƏMAS-a qarşı genişmiqyaslı əməliyyata başladığını elan edib.
Teleqraf.com xəbər verir ki, artıq bir sıra hədəflərin vurulduğu bildirilib:
“İsrail Müdafiə Qüvvələri Qəzza zolağında HƏMAS terror təşkilatının obyektlərinə qarşı genişmiqyaslı əməliyyata başlayır. Daha ətraflı məlumat veriləcək”.
Həmçinin bildirilib ki, bir müddət əvvəl İsrail ordusunun döyüş təyyarələri HƏMAS-ın Qəzza zolağında bəzi obyektlərinə, o cümlədən cəbbəxana və hərbi kompleksə zərbələr endirib.
İsrailə qarşı hücumlar üçün mərkəz kimi istifadə edilən komanda məntəqəsinə də zərbə endirilib.