19 Oktyabr 2023 00:03
759
12 Punto 14 Punto 16 Punto 18 Punto

HƏMAS hərəkatının silahlı qanadı - İzzəddin əl-Qəssam Briqadası Təl-Əvivin növbəti dəfə atəşə tutulduğunu elan edib.

Teleqraf.com xəbər verir ki, bu barədə qrupun Teleqram kanalında məlumat yayılıb.

Son iki saat ərzində bu, İzzəddin əl-Qəssam Briqadalarından şəhərə hücumlarla bağlı ikinci mesajdır.

Atışmanın nəticələri barədə məlumat verilmir.

İsrail ordusunun mətbuat xidməti Təl-Əviv ərazisində və İsrailin mərkəzi hissəsində səslənən hava hücumu siqnalları barədə məlumat verib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər