19 Oktyabr 2023 08:42
499
12 Punto 14 Punto 16 Punto 18 Punto

Misir prezidenti Əbdülfəttah Əl-Sisi “Rəfah” sərhəd-buraxılış məntəqəsinin Qəzza zolağına humanitar yük daşıyan 20 avtomobil üçün açılmasına razılaşıb.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ prezidenti Co Bayden Misir prezidenti Əbdülfəttah Əl-Sisi ilə telefon danışığından sonra jurnalistlərə açıqlamasında bildirib.

Qeyd edək ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.

İsrail müharibə vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər