25 Oktyabr 2023 13:16
1 948
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Yaxın Şərqə göndərilən F-16 donanmasının Mərkəzi Komandanlığın (CENTCOM) missiya ərazisinə çatdığını açıqlayıb.

Teleqraf.com xəbər verir ki, F-16 donanması bölgədəki ABŞ qüvvələrinin müdafiəsini təmin etmək üçün nazirliyin daha əvvəl bölgəyə göndərdiyi müdafiə birlikləri ilə birlikdə çalışacaq.

Açıqlamada oktyabrın 7-də yenidən başlayan İsrail-Fələstin münaqişəsinə diqqət çəkilərək vurğulanıb ki, İranın dəstəklədiyi qruplar həm İraq, həm də Suriyada ABŞ qüvvələrinə hücum edib.

Pentaqonun sözçüsü general Patrik Rayderin sözlərinə görə, bu hücumları həyata keçirən qrupların İranın “İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) və molla rejimi tərəfindən dəstəkləndiyi ABŞ-a məlumdur.

Yaxın Şərqdə bir çox müxtəlif hərbi birləşmələrin hazır vəziyyətdə saxlanıldığını bildirən Rayder onlardan heç birinin hələlik aktiv olmadığını deyib.

İsrail-Fələstin qarşıdurması başlayandan bəri ABŞ-ın məqsədinin regional münaqişənin genişlənməsinin qarşısını almaq olduğunu söyləyən Rayder bu durumdan istifadə edərək şiddəti artırmaq istəyən ölkələri buna cəhd etməmələri barədə xəbərdarlıq edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər