7 Noyabr 2023 13:48
768
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağ Ev noyabrın 5-də İsrailin Qəzzanın mərkəzindəki Əl-Meqazi qaçqınlar düşərgəsinə hücumu nəticəsində 4 övladını və 3 qardaşını itirən "Anadolu" agentliyinin operatoru Məhəmməd əl-Alula başsağlığı verib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ağ Ev Milli Təhlükəsizlik Şurasının sözçüsü Adrienne Uaatson danışıb.

“Günahsız fələstinlilərin həyatı qorunmalıdır. Bu böhranda itirilən hər bir günahsız insan üçün yas tuturuq. Biz Məhəmməd əl-Alulun acısına şərikik”, - Uaatson deyib.

Qeyd edək ki, "Anadolu" agentliyinin operatoru Məhəmməd əl-Alul İsrail ordusunun Qəzza zolağına endirdiyi zərbə nəticəsində dörd uşağı və üç qardaşını itirib, həyat yoldaşı, 1 uşaq, anası və atası isə yaralanıb.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər