Çin və Pakistan hərbi donanmaları Ərəbistan dənizində bir həftəlik təlimlərə başlayıb.
Teleqraf.com xəbər verir ki, təlimlər Ərəbistan dənizinin şimalındakı sularda keçirilir, hava məkanının təhlükəsizliyi ilə yanaşı, sualtı gəmilərə qarşı məşqlər də icra edilir.
Təlimlər noyabrın 17-də başa çatacaq. Təlimlər zamanı Çin və Pakistan ilk dəfə birgə dəniz patrulları həyata keçirəcək.
Birgə manevrlərin start götürməsi ABŞ dövlət katibi Entoni Blinken və müdafiə naziri Lloyd Ostinin noyabrın 10-da Hindistana səfərlərindən sonraya təsadüf etməsi diqqət çəkib. Dehlidəki görüşlərdən sonra verilən birgə bəyanatda tərəflər Hind-Sakit okean regionunu qorumaq öhdəliyini xatırladıblar.