ABŞ Prezidenti Co Bayden İsrailin Baş naziri Benyamin Netanyahu ilə telefon danışığı aparıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
“Co Bayden İsrailin Baş naziri Benyamin Netanyahu ilə İsrail və Qəzza zolağında baş verən son hadisələrlə bağlı danışıb”, - məlumatda bildirilir.
Liderlər HƏMAS tərəfindən saxlanılan girovların, o cümlədən çoxlu sayda uşaq da daxil olmaqla bir sıra amerikalıların azad edilməsi səyləri barədə müzakirə aparıblar.