İsrail ordusu HƏMAS-ın terror məqsədləri üçün istifadə etdiyi Qəzza zolağındakı limana nəzarəti ələ keçirib.
Teleqraf.com xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
"Əməliyyat zamanı 188-ci Zirehli Briqada və 13-cü Donanmanın əsgərləri HƏMAS təşkilatının nəzarətində olan limana nəzarəti ələ keçirib. Liman HƏMAS tərəfindən terror məqsədləri üçün istifadə edilib. Mülki limanın pərdəsi altında HƏMAS bu ərazidən silahlılarını öyrətmək və terror aktları törətmək üçün istifadə edib”, - məlumatda bildirilib.