Fələstinin HƏMAS radikal hərəkatı yerli vaxtla saat 00:00-a qədər girovların ikinci qrupunu azad etməsə, İsrail Müdafiə Qüvvələri Qəzza zolağında hərbi əməliyyatları bərpa edə bilər.
Teleqraf.com xəbər verir ki, bu barədə İsrail televiziyasının 13-cü telekanalı mənbəyə istinadən məlumat yayıb.
“Əgər HƏMAS gecə yarısına qədər girovları azad etməsə, biz Qəzza zolağında manevrlərə qayıda bilərik” - deyə bildirilib.
Qeyd edək ki, bu gün axşam saatlarında Fələstinin Əl-Əqsa telekanalı xəbər verib ki, Fələstinin radikal HƏMAS hərəkatının hərbi qanadı Qəzza zolağından israilli girovların ikinci qrupunu Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşlarına təhvil verməyə başlayıb.