İsrail Qəzza zolağında atəşkəs razılaşmasının şərtlərini pozmayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lior Ben-Dor "Sky News Arabia" telekanalına müsahibəsində bildirib.
"İsrail Qəzza zolağında atəşkəs razılaşmasının heç bir şərtini pozmayıb" dedi.
Bundan öncə Fələstinin HƏMAS hərəkatının hərbi qanadı Əl-Qəssam Briqadaları İsrail atəşkəs razılaşmasının şərtlərinə əməl edənə qədər ikinci qrup girovların azad edilməsini ləngitdiyini açıqlayıb. Fələstinli Əsirlərlə İş üzrə Komitəsinin rəhbəri Kadura Fares CNN-ə deyib ki, İsrail məhbusların azad edilməsi ilə bağlı razılaşmanın şərtlərinə əməl etmir.
Noyabrın 25-də Qətər nümayəndə heyəti Qəzzada atəşkəsin uzadılmasını müzakirə etmək üçün İsrailə səfər edib.