“Dünyaya hökm etməyə vərdiş etmiş müəyyən bir qrup ölkə açıq-aşkar şantaj və zorakılıqla məşğuldur”.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
“Dünyaya hökm etməyə vərdiş etmiş müəyyən bir qrup ölkə öz zəifləyən təsirlərini saxlamaq üçün açıq-aşkar şantaj və zorakılıq tətbiq etməkdən əl çəkmir, beynəlxalq hüquq sistemini bir növ “qaydalara əsaslanan nizam”la əvəzləməyə çalışır”, - Putin bildirib.
Rusiya lideri əlavə edib ki, sabitliyi pozan bu xətt həm Ukrayna ətrafında böhranlı vəziyyətə, həm də Fələstin-İsrail münaqişəsinin faciəvi şəkildə genişlənməsinə səbəb olub.
Eyni zamanda, Putin qeyd edib ki, dünyada yeni beynəlxalq münasibətlər sistemi formalaşır:
“Bəllidir ki, Qərb dövlətlərinin öz maraqlarına uyğun formalaşdırdıqları qloballaşma modeli dərin böhran içindədir. Dünyanın əksəriyyətinin ehtiyaclarını ödəyən yeni, daha ədalətli və daha demokratik beynəlxalq münasibətlər sistemi yaranır”.