Afrika ölkəsi Mozambikdə ağır təbii fəlakət yaşanıb. Bu ölkədə baş verəndaşqınlar nəticəsində ölənlərin sayı 71-i ötüb. Yüzlərlə insan itkin düşüb, 10 minlərlə insan evlərini tərk etməyə məcbur olub.
Teleqraf.com-un "France Presse" agentliyinə istinadən məlumatına görə, ən çox ölüm halları Zambeziya əyalətində qeydə alınıb.
“Son hesablamalara görə, təbii fəlakət qurbanlarının sayı 71 nəfərə çatıb”, deyə yerli hökumət nümayəndəsi bildirib.
Ümumilikdə Mozambikdə baş verən daşqınlar nəticəsində 80 min insan zərər çəkib.