Rusiya ordusu Ukraynanın Avdiv şəhərində irəliləyir və Staromayorsk istiqamətində hücuma keçib.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.
Rusiya qüvvələrinin Stepovoy və Novokalinovoy yaxınlığında irəlilədikləri bildirilir.
Rusiya mənbələri də Avdivin cənub-şərqindəki sənaye zonasının şimalına doğru irəlilədiklərini və koks zavodu yaxınlığında döyüşlərin davam etdiyini iddia edirlər.