ABŞ Konqresinin Nümayəndələr Palatası İrana məxsus 6 milyard dolların qeyri-müəyyən müddətə dondurulması ilə bağlı Co Bayden administrasiyası tərəfindən verilmiş qanun layihəsinin lehinə səs verib.
Teleqraf.com xəbər verir ki, Nümayəndələr Palatasının 307 üzvü qanun layihəsini dəstəkləyib.
Əleyhinə 119 konqresmen çıxış edib.
Palata üzvləri oktyabrda dondurulmuş və Qətər bankında saxlanılan İrana məxsus 6 milyard dolların həmişəlik dondurulmasını nəzərdə tutan qanun layihəsi təqdim ediblər. Qanunvericilər bu vəsaitlərin Fələstinin radikal HƏMAS Hərəkatına və Livanın “Hizbullah” terror təşkilatına davamlı dəstək verdiyinə inandıqları Tehrana verilməməsinin vacibliyini vurğulayırlar.