4 Dekabr 2023 20:53
812
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Şimal Donanmasının 14-cü Ordu Korpusunun komandirinin müavini, general-mayor Vladimir Zavadski Ukraynadakı müharibə əməliyyatları zamanı öldürülüb.

Teleqraf.com xəbər verir ki, bu barədə Voronej vilayətinin qubernatoru Aleksandr Qusev özünün “Telegram” kanalında paylaşım edib.

“Şimal Donanmasının 14-cü Ordu Korpusunun komandirinin müavini general-mayor Vladimir Zavadski müharibə zonasında döyüş postunda həlak olub. 2021-ci ilin avqust ayına qədər o, Voronej vilayətinin sakinlərinin xüsusi rəğbətini qazanmış Qırmızı Bayraqlı 4-cü Qvardiya Kantemirov Tank Diviziyasına komandirlik edib”, - deyə o, paylaşımda qeyd edib.

Qusev, həmçinin Zavadskinin ailəsinə və yaxınlarına başsağlığı verib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər