İsrail Müdafiə Qüvvələri (SAXAL) “Hizbullah” terror təşkilatının Livanın sərhəd bölgəsindəki hədəflərini vurub.
Teleqraf.com xəbər verir ki, zərbələr zamanı Livan ordusunun bir hərbçisi həyatını itirib.
Olaydan sonra SAXAL-dan məsələ ilə əlaqədar diqqətçəkən açıqlama gəlib.
“Times of Israel” yazır ki, Livan əsgərinin hücumda həlak olmasından sonra İsrail ordusu nadir görülən üzr açıqlaması verib.
Açıqlamada hədəfin Livan ordusu yox, “Hizbullah” qüvvələri olduğu vurğulanıb.
“İsrail Müdafiə Qüvvələri hadisədən təəssüflənir və araşdırılacaq”, - məlumatda qeyd edilir.
SAXAL-ın bildirdiyinə görə, İsrail qüvvələri sərhəddə “Hizbullah”ın atəş və müşahidə məntəqəsində konkret təhlükəni zərərsizləşdirməyə çalışıb.
Livan ordusunun açıqlamasında isə bunlar deyilir:
“Adays bölgəsində bir hərbi mövqe İsrail tərəfindən bombalanıb, 1 əsgər şəhid olub, 3-ü yaralanıb”.