7 Dekabr 2023 13:24
1 596
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Co Bayden Konqresdəki respublikaçılara müraciət edərək Ukraynaya yeni hərbi yardım göstərməyə çağırıb.

Teleqraf.com xəbər verir ki, Amerika lideri Ukraynada qələbə qazanacağı təqdirdə bunun Rusiyaya NATO ölkələrinə hücum imkanı verəcəyi xəbərdarlığını edib.

Bayden bildirib ki, Vaşinqton Kiyevə 175 milyon dollarlıq əlavə hərbi yardım elan etməyi planlaşdırır.

“Putin Ukraynanı ələ keçirsə, orada dayanmayacaq”, - deyən ABŞ prezidenti vurğulayıb ki, Putin bundan sonra NATO müttəfiqlərinə hücum edə bilər, bu zaman Amerika qoşunları rus qoşunları ilə döyüşməli olacaq.

“Putinin qalib gəlməsinə imkan verə bilmərik”, - Bayden əlavə edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər