11 Dekabr 2023 08:15
542
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikaya məxsus F-16 qırıcısı Sarı dəniz üzərində təlim uçuşu zamanı qəzaya uğrayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə "Yonhap" agentliyi mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, pilot katapulta vasitəsilə xilas olub.

Hərbçi daha sonra huşunu itirmiş vəziyyətdə tapılıb. “Çosun İlbo” qəzetinin məlumatına görə, pilot sahil mühafizəsi tərəfindən xilas edilib.

Təyyarə Koreya Respublikası və ABŞ Hərbi Hava Qüvvələrinin istifadə etdiyi Çolla-Pukto əyalətindəki Qunsan Hərbi Hava Qüvvələri bazası yaxınlığında təlimlərdə iştirak edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər