11 Dekabr 2023 08:28
512
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın Avropa İttifaqına üzvlüyünə qarşı çıxan Macarıstanın baş naziri Viktor Orban Buenos-Ayresdə Prezident Volodimir Zelenski ilə qısa görüş keçirib.

Teleqraf.com xəbər verir ki, hər iki siyasətçi Argentina Prezidenti Xavyer Mileyinin andiçmə mərasimində iştirak edib.

"Macarıstanın baş naziri və Ukrayna dövlətinin başçısı Argentina Prezidentinin Buenos-Ayresdə inauqurasiya mərasimində görüşüblər. Ukraynanın Aİ-yə daxil olması ilə bağlı cənab Orban qeyd edib ki, Aİ-yə üzv olan ölkələr bu məsələni daim müzakirə edirlər", - Macarıstan hökumətinin başçısının mətbuat katibi Bertalan Havaşi bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər