14 Dekabr 2023 17:36
1 682
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Fransa ilə qarşılıqlı əlaqəni davam etdirməyə hazırdır. Fransa Prezidenti Emmanuel Makronla yaxşı işgüzar münasibətlər vardı, amma bunu dayandırdı.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

“Bizim çox yaxşı, mehriban işgüzar münasibətimiz var idi. Bildiyiniz kimi, mən Fransada olmuşam, cənab Makron Rusiyaya gəlib, ikitərəfli münasibətlər və beynəlxalq məsələlərlə bağlı hər zaman aktiv gündəmimiz olub. Fransa ilə qarşılıqlı əlaqəni davam etdirməyə hazırıq, amma hansısa məqamda Fransa prezidenti bizimlə işləməyi dayandırdı. Biz dayanmadıq, mən dayanmadım, o dayandı. Əgər maraq varsa, biz hazırıq”, - Putin bildirib.

Rusiya lideri həmçinin qeyd edib ki, Rusiya Fransa ilə təmaslardan çəkinmir, amma Paris tərəfindən heç bir istək yoxdur:

“Biz bu təmaslardan çəkinmirik, amma Avropa ölkələri, xüsusən də Fransa prezidenti bizimlə əlaqə saxlamaq istəmirsə, bizim dediyimiz kimi, mühakimə olmayacaq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər