19 Dekabr 2023 10:33
3 370
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vaşinqton Türkiyənin ABŞ-dən F-16 təyyarələri almaq imkanını inkar etmir, eyni zamanda bu satış İsveçin NATO-ya üzvlüyünün qarşısının alınması ilə əlaqələndirilir.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib.

“F-16-ların Türkiyəyə satılmasını dəstəklədiyimizi açıq şəkildə bildirmişik, bunu dövlət katibi Blinken (türk həmkarı Hakan Fidanla) telefon danışığı zamanı bir daha açıqlayıb”, - ABŞ rəsmisi deyib.

Eyni zamanda Miller ABŞ Konqresində bu satışı İsveçin NATO-ya üzvlüyü ilə əlaqələndirən qanunvericilərin olduğunu vurğulayıb.

Miller bu kontekstdə söyləyib:

“Bu təqdimatı ən qısa vaxtda görməliyik”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər