Amerika Birləşmiş Ştatları Rusiya dəniz məhsullarının idxalına qadağa qoyub.
Teleqraf.com xəbər verir , ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi Rusiyadan qızılbalıq, treska, xərçəng və pollokun idxalına qadağa qoyan sənəd dərc edib.
Qadağa Rusiya gəmiləri tərəfindən tutulan dəniz məhsullarına da şamil edilir.
Məhdudiyyətlər bu cür balıq, dəniz məhsulları və onların hazırlıqlarının Rusiyadan kənarda emal edilib-edilməməsindən və ya əhəmiyyətli dərəcədə başqa məhsula çevrilməsindən asılı olmayaraq tətbiq edilir.