25 Dekabr 2023 19:56
331
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail Xarici İşlər Nazirliyi İsraildəki BMT əməkdaşlarının viza müddətlərini uzatmayacaq və təşkilatın digər əməkdaşlarına yeni vizalar verməyəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə İsrail xarici işlər naziri Eli Kohen "X" sosial şəbəkə hesabında məlumat verib.

Kohen İsrail Xarici İşlər Nazirliyinə bu barədə müvafiq təlimat verdiyini bildirib.

Oktyabrın 7-dən etibarən "BMT-nin davranışlarının təşkilat və beynəlxalq ictimaiyyət üçün biabırçılıq" olduğunu deyən israilli nazir HƏMAS ilə əməkdaşlıq edənlərlə işləməyi dayandıracaqlarını bildirib.

"Artıq BMT-nin riyakarlığı qarşısında səssiz qalmayacağıq", - deyə Kohen yazıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər