6 Yanvar 09:46
656
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şimali Koreya lideri Kim Çen In və qızı Kim Ju Ae mobil ballistik raket buraxılış qurğuları istehsal edən zavodda olub.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, səfər zamanı KXDR lideri müəssisənin işi ilə tanış olub və buraxılış maşınlarına baxıb, zavodun 2023-cü ildə istehsal planını artıqlaması ilə yerinə yetirə bildiyini bildirib.

Kim Çen In zavodun 2024-cü il üçün hədəflərini də müəyyənləşdirib.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər