Misirin paytaxtı Qahirədə növbəti terror aksiyası baş verib. Prezident komplekslərindən birinin yaxınlığında ötən gün axşam saatlarında törədilən partlayış nəticəsində 2 polis əməkdaşı ciddi xəsarət alıb.
Teleqraf.com-un “TASS”-a istinadən məlumatına görə, əldə düzəlmə partlayıcı qurğu “Ək Kübbə” sarayının əsas girişinin qarşısındakı mühafizə postunda işə salınıb. İnsident nəticəsində zabit və əsgər yaralanıb.
Onlar xəstəxanaya çatdırılıb. Hadisə yerinə polis qüvvələri cəlb olunub. Partlayışı törədən şəxslərin müəyyənləşdirilməsi istiqamətində tədbirlər görülür.
Hadisəyə görə məsuliyyəti ötən il Misirin güc strukturlarına müharibə elan etmiş yerli “Aqnad Masr” qruplaşması öz üzərinə götürüb.