30 Yanvar 15:58
884
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Montrö müqaviləsinin şərtlərini ciddi şəkildə yerinə yetirməyə davam edir.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan deyib.

“Montrö müqaviləsini ciddi şəkildə yerinə yetirməyə davam edəcəyik. Bu məsələni müzakirə etmək bir yana, heç ağıldan keçirilməsi belə müzakirə mövzusu ola bilməz”, - nazir bildirib.

Türkiyə Rusiya-Ukrayna müharibəsi başlayandan bəri Montrö müqaviləsi çərçivəsində hərbi təyinatlı gəmilərin İstanbul boğazlarından keçidinə icazə vermir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər