5 Fevral 17:32
1 083
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qırğızıstan və Tacikistan dövlət sərhədinin mübahisəli hissəsinin daha 3.71 kilometri ilə bağlı razılığa gəlib.

Teleqraf.com xəbər verir ki, bu barədə Qırğızıstan hökumətinin rəsmi saytında deyilir.

İki ölkənin sərhəd komissiyaları yanvarın 30-dan fevralın 5-dək Batken şəhərində müzakirə aparıb. Müzakirələrdən sonra komissiyalar Qırğızıstan-Tacikistan dövlət sərhədinin daha 3.71 kilometri ilə bağlı razılaşma protokolu imzalayıblar.

Tacikistanda keçiriləcək növbəti görüşdə qalan xətlərin müəyyənləşdirilməsi istiqamətində işlər davam etdiriləcək.

Qırğızıstanla Tacikistan arasında 972 kilometrlik sərhədin 90 faizi razılaşdırılıb.

Mübahisə zaman-zaman tərəflər arasında qarşıdurmaya səbəb olur.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər