12 Fevral 15:42
4 851
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya qoşunları Donetsk vilayətinin Baxmut şəhəri yaxınlığında yerləşən Çasiv Yara hücumları gücləndirib.

Teleqraf.com xəbər verir ki, bu barədə Almaniyanın “Bild” qəzeti məlumat yayıb.

Nəşr yazır ki, ruslar ələ keçirilmiş Baxmutdan Çasiv Yar istiqamətində durmadan irəliləyirlər:

“Bu, rusların tutmaq istədiyi növbəti şəhərdir. Rusların bura hücum etmək üçün istifadə etdikləri pilotsuz təyyarələr xüsusilə təhlükəlidir. Sadəcə indi buludlu olduğuna və bəzən qar və yağışa görə daha təhlükəsizikdir. Buna baxmayaraq, bu istiqamətdə intensiv dron hücumları olur. Mərmi izlərini şəhərin hər yerində görmək olar, demək olar ki, bir salamat pəncərə qalmayıb. Partlayışların nəticələri hər yerdə görünür. Hərbçilər hücum və zərbələrin yaxın həftələrdə daha da güclənəcəyini deyirlər. Çasiv Yar Baxmuta çevrilə biləcək növbəti şəhər ola bilər. Bir şey dəqiqdir: rusların üstünlüyü var, metr-metr irəliləyirlər”.

“Bild” Çasiv Yarın yer üzündən silinmək üzrə olduğunu qeyd edir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər