Latviya Ukrayna üzrə Avropa İttifaqı XİN rəhbərlərinin görüşünün keçirilməsinə çağırıb.
Teleqraf.com-un RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Latviyanın xarici işlər naziri Edqar Rinkeviç bəyan edib.
“Təcavüzü törədənlər anlamalıdırlar ki, beynəlxalq aləm Ukraynada münaqişənin gərginləşməsi təqdirdə qəti addımlar atacaq”, deyə Latviya xarici işlər idarəsinin başçısı bildirib.