20 Fevral 10:09
12 429
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Birliyi (AB) Qırmızı dənizdə ticarət gəmilərinin təhlükəsizliyini təmin etmək məqsədilə İranın Yəməndə dəstəklədiyi “Ənsarallah” qruplaşmasına (husilər) qarşı hərbi əməliyyata başlayacaq.

Teleqraf.com xəbər verir ki, müvafiq qərar AB-nin xarici işlər nazirlərinin toplantısında verilib.

Almaniya artıq Yəmən sahillərinə “Hessen” freqatını göndərib, onun göyərtəsində Bundesverin 250-yə yaxın hərbçisi var.

İsrail Qəzzada HƏMAS-a qarşı savaşa başladıqdan sonra husilər Qırmızı dənizdə Fələstinə dəstək məqsədilə ticarət gəmilərini hədəfə alır. Bundan sonra ABŞ və Böyük Britaniya qüvvələri Yəmən qruplaşmasına hava zərbələri endirməyə başlayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər