ABŞ Prezidenti Co Bayden rusiyalı həmkarı Vladimir Putini təhqir edib.
Teleqraf.com xəbər verir ki, Amerika lideri ona “dəli köpəkoğlu” deyib.
“Putin və başqaları kimi “köpəkoğlu dəlilər” var, həmişə nüvə münaqişəsindən narahat olmalıyıq, amma bəşəriyyət üçün ontoloji təhlükə iqlim olaraq qalır”, - Bayden vurğulayıb.
Onun sözlərinə görə, ABŞ müxalifət lideri Aleksey Navalnının həbsxanada ölümü ilə əlaqədar Rusiyaya qarşı yeni sanksiyalar paketini fevralın 23-də açıqlayacaq.
Bayden Putini bundan əvvəl də təhqir edib, onu “qəssab və hərbi cinayətkar” adlandırıb. Rusiya lideri yaşlı həmkarına cavabında ona cansağılığı arzulayıb.