22 Fevral 17:28
913
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qərb ölkələri hərbi münaqişəyə hazırlıq məqsədi daşıyan tədbirlər həyata keçirir.

Teleqraf.com xəbər verir ki, bunu Belarus müdafiə naziri Viktor Xrenin deyib.

“Hazırda ABŞ-nin rəhbərlik etdiyi Qərbi Avropanın hərbi əməliyyatlara hazırlaşmaq üçün kompleks tədbirlər həyata keçirdiyini görürük”, - nazir bildirib.

O qeyd edib ki, Minsk Qərb dövlətlərinin kimə qarşı hərbi əməliyyatlar keçirmək niyyətində olduğunu yaxşı bilir. Məqsədlərdən biri Belarusun hava məkanında hava kəşfiyyatının təşkilidir.

Xreninin sözlərinə görə, söhbət bütün növ kəşfiyyatdan gedir. Belarusun hakimiyyət orqanları hər gün Qərb aviasiyasının 5-9 uçuşunu qeydə alır.

“Kosmik kəşfiyyat, şəhərlərdəki hərbi obyektlər və bazalarımıza necə fəal maraq göstərdiklərini də görürük”, - müdafiə naziri vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər