22 Fevral 20:12
1 131
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əfqanıstan hakimiyyəti (Taliban) Qəznə əyalətində stadionda qətldə təqsirləndirilən iki nəfəri ictimaiyyətə açıq formada edam edib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Khaama Press” agentliyi Əfqanıstan məhkəməsinə istinadla məlumat yayıb.

Taliban Ali Məhkəməsi bildirib ki, iki nəfər hərəkatın lideri Heybətullah Axundzadənin icazəsi ilə Qəznə əyalətindəki stadionda qətl törətməkdə ittiham olunaraq edam edilib.

İttiham üç məhkəmə tərəfindən təsdiqlənib, daha sonra ölüm hökmləri çıxarılıb.

Agentlik yazır ki, edam edilənlərin ittiham olunduğu qətllər 5-7 il əvvəl baş verib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər