18 Mart 13:09
615
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyada prezident seçkiləri heç vaxt demokratik prosedurla əlaqələndirilməyib. Birinci turda qələbə Vladimir Putinə yeni legitimlik möhürü verəcək, bu, həm də Ukrayna ilə müharibə rusların tam dəstəyini aldığına dair siqnal olacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə CNN yazır.

Rusiyanı izləyənlərin diqqəti bir neçə böyük suala yönəlib. Əgər bu seçkidə səsvermə həqiqətən də Rusiyanın Ukraynaya qarşı müharibəsi ilə bağlı “referendum”dursa, bu, Putinə sərbəstlik verirmi?

“Bu məsələdə Putinin manevr imkanı var kimi görünür. Rusiya prezidenti döyüş meydanında hadisələrin inkişafına inam nümayiş etdirir. Qərbin Ukraynaya yardımının, xüsusən də ABŞ Konqresində ən mühüm yardım paketinin qəbulunun ləngidiyi vaxtda seçkilərin nəticələri ona daha çox ritorik arqumentlər verir”, - mənbə bildirir.

Eyni zamanda, CNN qeyd edir ki, Ukraynanın şərqində tədricən irəliləyən Rusiya ordusunun əldə etdikləri qorxunc itkilər bahasına başa gəlib. ABŞ telekanalı ehtimal edir ki, Putin və generalları itkilərin yerini doldurmaq üçün yeni səfərbərliyə başlayacaq. Analitiklər hesab edirlər ki, Putin tezliklə Rusiyada o qədər də populyar olmayan bu addımı atmağa məcbur olacaq.

Rusiyada gündəmdə olan ikinci məsələ daxili müxalifətə qarşı təzyiqin artırılacağı ilə bağlıdır.

“Müharibə həmişə gözlənilməzdir. Putinin gedişatı öz xeyrinə çevirmək cəhdləri nə olur-olsun, Rusiyanın demoqrafik tənəzzül, müharibə, sanksiyalar və birliyin kövrəkləşməsi kimi uzunmüddətli problemləri Putin altıncı müddətə prezidentliyə namizəd olana qədər aradan qalxmayacaq”, - CNN vurğulayır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər