Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan müasir dünyanın böyük siyasətçilərindən biridir.
Teleqraf.com xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov deyib.
“Türkiyə Prezidenti Rəcəb Ərdoğan 70 illik yubileyini qeyd edir. Ərdoğan müasir dünyanın böyük siyasətçilərindən biridir. Onun rəhbərliyi altında Türkiyə ABŞ və Avropa Birliyindən asılı olmayan zəngin, firavan ölkəyə və Rusiyanın dostuna çevrildi. O, İstanbul böyükşəhər bələdiyyəsinin sədri olarkən dediyi bir şeirə görə həbs edilən görkəmli bir xalq liderdir. Sonra seçkilərdə qalib gəldi. Partiya və faktiki olaraq hökumətin lideri olsa da, bir neçə ay rəsmi vəzifələrdə işləmək qadağan edilmiş və hökumətə qeyri-rəsmi rəhbərlik etmişdi.
Putin və Ərdoğan dünya siyasətinin iki sərt maço adamı, iki Alfa kişisidir”, - ekspert bildirib.