İsrail Müdafiə Qüvvələri (SAXAL) “Hizbullah” terror təşkilatının Livanın cənubundakı mövqelərinə hava zərbələri endirib.
Teleqraf.com xəbər verir ki, hava hücumunda “Hizbullah”ın yüksək səviyyəli komandirlərindən Həsən Hüseyn Salami öldürülüb.
Salami terror təşkilatının tərkibindəki “Nasir” Birliyi və İsrailə qarşı tank əleyhinə raketlərin buraxılmasına cavabdeh idi. “Hizbullah”ın hərbi qanadında briqada komandiri postunu tuturdu.
Terror təşkilatı Salaminin öldürüldüyünü təsdiqləyib.
Ötən ilin oktyabrın 8-dən İsrail ordusu ilə təşkilat arasında baş verən sərhəd döyüşlərində ölən “Hizbullah” üzvlərinin sayı 220-yə çatıb.