28 Fevral 09:50
845
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya ordusu Avdiv şəhərinin alınmasından sonra yaranmış taktiki imkanlardan istifadə etməyə çalışır. Ruslar Ukrayna qüvvələri bölgədə daha möhkəm və keçilməz müdafiə xətləri qurana qədər irəliləmək üçün sürətli hücum tempini qoruyurlar.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu məlumat yayıb.

Rusiya qoşunları Avdivin ələ keçirilməsi zamanı əməliyyatların sürətini müvəqqəti azaltmışdılar, amma şəhərin qərb və şimal-qərbinə doğru irəliləyişlərini bərpa ediblər.

Hazırda Rusiya ordusu əsas qüvvələrini Avdivin qərbindən Berdiçiv, Orlivka və Tonenko istiqamətlərində hücuma keçmək üçün toparlayır. Ukraynalılar Rusiyanın növbəti hücum əməliyyatlarının qarşısını almaq üçün təcili müdafiə mövqeləri yaradıblar.

Eyni zamanda, Ukrayna hərbçiləri Avdivin qərbindəki istehkamlarını məyusedici və problemli kimi xarakterizə edirlər. Rusiya mənbələri də Ukrayna ordusunun şəhərin qərbindəki müdafiə mövqeləri tutmağa çalışdıqlarını bildirirlər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər