Türkiyə və Çin Ukrayna-Rusiya münaqişəsini həll etmək üçün öz danışıqlar platformalarını inkişaf etdirəcəklər.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.
Amerikalı analitiklərin fikrincə, Rusiya bundan istifadə edərək Ukrayna ilə danışıqlar və müharibə haqda tələblərini irəli sürə bilər. Bununla belə, ISW Çinin Ukraynada sülhlə bağlı siyasətinin qeyri-müəyyən olduğunu, bunun daha çox Kremlin işinə yaradığını iddia edir.
Çin hökumətinin Avrasiya məsələləri üzrə xüsusi nümayəndəsi Li Huinin hərbi münaqişənin həlli üçün Ukrayna, Rusiya və bir sıra Avropa ölkələrinə səfər edəcəyini açıqlayıb. Eyni zamanda, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan fevralın 28-də yenidən bəyan edib ki, Ankara Moskva və Kiyevə danışıqlar üçün başqa platforma verməyə hazırdır.
ISW analitiklərinə görə, böyük ehtimalla Kreml bu təklifləri Ukraynanın danışıqlardan imtina etməsi ideyasını təbliğ etmək üçün informasiya silahına çevirəcək. Ekspertlər əmindirlər ki, Rusiya Ukrayna ilə ədalətli danışıqlarda və özünün açıq şəkildə açıqladığı şərtlərdən başqa hər hansı şərtlərlə müharibəyə son qoymaqda maraqlı deyil.