Gürcüstan parlamentinin üzvü Sozar Subari ABŞ-ni Tiflislə bağlı ikili standartlara görə tənqid edib.
Teleqraf.com xəbər verir ki, deputat ABŞ səfirliyinin Gürcüstanı Çinlə strateji tərəfdaşlıq sazişi imzaladığına görə tənqid etdiyini bildirib.
Onun sözlərinə görə, ABŞ yarım əsrdən artıqdır Çinlə analoji razılaşmaya malikdir.
“Əgər Çinlə strateji tərəfdaşlıq onlar və ya Avropa Birliyi üçün məqbuldursa, Gürcüstan üçün niyə qəbuledilməzdir? Niyə bizim üçün fərqli standartlar qoyurlar?”, - Subari vurğulayıb.