29 Fevral 14:45
874
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Co Bayden İsrailin yaxın aylarda Livanda “Hizbullah” terror təşkilatına qarşı quru əməliyyatı keçirəcəyindən narahatdır.

Teleqraf.com xəbər verir ki, bu barədə CNN ABŞ prezidentinə yaxın rəsmilərə istinadla məlumat yayıb.

Telekanal bildirir ki, Bayden administrasiyası İranın dəstəklədiyi terror qruplaşmasının diplomatik tədbirlərlə sərhəddən geri çəkilməyəcəyi ehtimalına hazırlıq məqsədilə kəşfiyyatla məsləhətləşir.

ABŞ rəsmisi CNN-ə deyib ki, Bayden administrasiyası İsrailin yaxın aylarda Livanda hərbi əməliyyatlara başlayacağı ehtimalı ilə hazırlıq görür. Rəsmi onu da əlavə edib ki, əməliyyatlar bəlkə yaxın bir neçə həftə, bəlkə də yazdan sonra başlaya bilər.

“Hizbullah” ötən ilin oktyabrında Qəzzada savaş başlayandan HƏMAS-a dəstək məqsədilə Livanın cənub sərhədi boyunca İsrailin mövqelərini atəşə tutur.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər