29 Fevral 14:52
1 007
12 Punto 14 Punto 16 Punto 18 Punto

NATO-nun İsveç və Finlandiya hesabına şərqə doğru genişlənməsi Rusiya Silahlı Qüvvələrinin Qərb istiqamətində ciddi şəkildə gücləndirilməsi zərurətini yaradır.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Federal Məclisə müraciətində deyib.

“NATO-nun şərqdə növbəti genişlənməsi, İsveç və Finlandiyanın alyansda iştirakı ilə bağlı təhdidləri neytrallaşdırmaq üçün Qərb strateji istiqamətdə bölmələri ciddi şəkildə gücləndirmək lazımdır”, - Putin bildirib.

Fevralın 26-da Macarıstan parlamenti İsveçin NATO-ya üzvlüyü haqda sazişi ratifikasiya edib. Macarıstan bununla Türkiyədən sonra İsveçin alyansa qoşulması ilə bağlı protokolu təsdiqləyən sonuncu NATO ölkəsi olub.

Finlandiya və İsveç 2022-ci ilin iyununda Madrid sammitində alyansa üzv olmaq üçün rəsmi dəvət almışdı.


Müəllif: Mənsur Rəğbətoğlu